İkitərəfli münasibətlərin artan tendensiyasını davam etdirmək və İran İslam Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müdafiə və hərbi əməkdaşlıq sahəsində əlaqələrin möhkəmləndirilməsi məqsədilə SEPAH-ın 4 gəmidən ibarət Hərbi Dəniz Qüvvələri donanması BƏƏ-nin dəniz bölmələri, İranın bu ölkədəki səfiri Rza Amiri, “Cəbel Əli” Hərbi Dəniz Bazasının komandanı və BƏƏ-nin bir qrup zabiti tərəfindən qarşılanaraq Şarjanın Xalid limanına gəlib.
Bu flotiliyanın rəsmi qarşılanma mərasimi BƏƏ-nin Müdafiə nazirinin köməkçisinin müavininin, bəzi hərbi rəsmilərinin, BƏƏ-də yaşayan bir sıra diplomatların və hərbi attaşelərin iştirakı ilə “Şəhid Rəisəli Delvari” gəmisinin göyərtəsində keçirilib.
Bu donanmanın BƏƏ sahillərində ilk dəfə olması ikitərəfli münasibətlərin inkişafının əlaməti, iki ölkənin qonşuları ilə əlaqələrin möhkəmləndirilməsində İran İslam Respublikasının regional strategiyasına uyğun olaraq bütün sahələrdə əməkdaşlığı gücləndirmək istiqamətində ciddi iradəsidir.
Bundan əvvəl və bununla əlaqədar olaraq, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Əlirza Təngsiri dünən SEPAH-ın 14-cü Malik Əştər Festivalı çərçivəsində jurnalistlərə deyib: “SEPAH və Ordu Donanmasından dörd gəmi BƏƏ donanması ilə görüşmək üçün bu ölkəyə yola düşür. Belə bir görüş ilk dəfədir keçirilir. Biz dəfələrlə demişik ki, region ölkələri regional təhlükəsizliyi təmin edə bilər və əcnəbilərin olmasına ehtiyac yoxdur.”