Tehran - İRNA - General-mayor Əlirza Səbahifərd Xatəmül-Ənbiya (s) Hava Hücumundan Müdafiə Qərargahının yeni komandiri təyin edilib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, Ali Baş Komandanın təsdiqi ilə Ordunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general-mayor Əlirza Səbahifərdi vəzifəsini saxlamaqla ölkənin Birləşmiş Hava Hücumundan Müdafiə Qərargahına komandanlıq vəzifəsinə təyin edib.

Bundan əvvəl bu vəzifəni general-mayor Qədir Rəhimzadə icra edirdi.