General-mayor Məhəmməd Baqiri çərşənbə axşamı Xatəmül-Ənbiya Birgə Hava Hücumundan Müdafiə Bazasının komandirinin kollektivə təqdim olunması mərasimində deyib: “İnqilabdan əvvəl ölkənin müdafiə sənayesi idxaldan asılı idi və 90%-dən çox ona diqqət yetirirdi. Halbuki, İnqilab və İslam quruluşu sayəsində biz ehtiyacımızın müəyyən faizini daxildə istehsal edirik, hətta bir hissəsini başqa ölkələrə də ixrac edirik.”
Silahlı Qüvvələrin Baş Qərargah rəisi deyib: “Silahlı Qüvvələr təsəvvür edilən təhlükələrə, günün tələblərinə uyğun olaraq özünü müasir və qabaqcıl sistem və texnika ilə təchiz edib. Bu istiqamətdə ölkənin yerli və daxili imkanlarından istifadə etmişdir və hazırlıqların ən yüksək səviyyəsində olaraq, axmaqlıq edən düşmənlərin İslam vətəninə çəp baxmasına imkan verməyəcək.”
Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Səbahifərdin bu gün Ali Baş Komandanın təsdiqi ilə yeni vəzifəsində fəaliyyətə başlayacağını bildirərək deyib: “Bu təsdiq, ölkənin səmasının təhlükəsizliyini təmin etmək və İslami İranın ərazi bütövlüyünə qarşı mümkün təhdid və təhlükələrlə mübarizədə qərargahın missiyalarının irəliləyişinə inam və gözlənti əlamətidir. Onun keçdiyi yol və bacarığı Ali Baş Komandanın prinsip və tədbirlərinə, göstərişlərinə uyğun hərəkət etmək üçün yaxşı və etibarlı əsasdır.”
General-mayor Baqiri son hadisələrə, Qərbi Asiya regionundakı təhlükəli vəziyyətə, sionist rejim və ABŞ-ın İslam İnqilabı və qüdrətli İrana qarşı davam edən düşmənçiliyinə toxunub, Xatəmül-Ənbiya (s) Birləşmiş Hava Hücumundan Müdafiə Qərargahının məsuliyyətinin vacibliyini və həssaslığını xatırladaraq qeyd edib: “Bu qərargahın missiyası illərdir Silahlı Qüvvələrin əsas prioriteti olub ki, bu da, güc və dəstəyin konsentrasiyası, məsuliyyətin ağırlığı və ciddiliyi deməkdir. Silahlı Qüvvələrin müdafiə və hücum silahları davamlı və effektiv çəkindiricilikdə öz rollarını birlikdə oynamalıdır.”