Tehran - İRNA - İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi milli razılaşma və bütün Livanın siyasi qrup və fraksiyalarının iştirakı və effektiv rol oynaması nəticəsində bu ölkədə siyasi prosesin başa çatdırılması və yeni prezidentin seçilməsi üçün Livana dəstək verməklə bağlı Tehranın prinsipial siyasətini diqqətə çatdırıb və öz məmnunluğunu ifadə edərək, hökumətin yeni formalaşma mərhələsində milli anlaşma mühitinin qorunmasının vacibliyini vurğulayıb.

Livandakı hadisələrlə bağlı İran İslam Respublikasının səlahiyyətliləri ilə məsləhətləşmələr aparmaq üçün Tehrana səfər edən BMT-nin Livan işləri üzrə xüsusi koordinatoru Cenin Henis Plasxart Seyid Abbas Əraqçi ilə görüşüb və söhbət edib.

Əraqçi bildirib: Livan və Hizbullahın hazırkı vəziyyəti 33 günlük müharibə və İsrailin 2006-cı ildəki təcavüzündən sonra baş verən hadisələrə bənzəyir və sionist rejimin təcavüzü və iyrənc cinayətlərinə baxmayaraq, Livan Hizbullahı Livanda baş verən hadisələrdə və güclü bir qüvvə kimi öz mövcudluğunu və təsirini qoruyub saxlayıb və gücləndirib.

Xarici işlər naziri sionist rejim tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulmasını təhlükəli adlandıraraq, BMT-nin sionist rejimə təcavüzünün dayandırılması və bu rejimin Livanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması, eləcə də köçkünlərə humanitar yardımın göndərilməsi prosesinin sürətləndirilməsi və asanlaşdırılması və xəsarət almış ərazilərin bərpası prosesinə yardım edilməsində rol oynamasının vacibliyini vurğulayıb.