Tehran – İRNA – Xarici işlər naziri ABŞ prezidenti Donald Trampın son sözlərinə cavab olaraq maksimum təzyiq siyasətini uğursuzluq kimi qiymətləndirib və ağıllı insanların uğursuz “maksimum təzyiq” siyasəti yerinə “maksimum rasionallığı” seçdiyini vurğulayıb.

Seyid Abbas Əraqçi 5 fevral 2025-ci il çərşənbə gecəsi X kanalında ABŞ prezidenti Donald Trampın İrana qarşı maksimum sanksiyaların bərpası ilə bağlı son sözlərinə cavab olaraq yazıb: “Maksimum təzyiq” adlanan şey uğursuz sınaqdır. Təkrarlanması yalnız yenidən "maksimum müqavimətə" gətirib çıxaracaq. Ağıllı insanlar bunun əvəzinə "maksimum rasionallığı" seçirlər.

O əlavə edib: İranın NPT və digər beynəlxalq silahların yayılmaması sənədlərində öhdəlik götürən tərəflərdən biri olması ilə yanaşı, artıq açıq şəkildə bəyan edib ki, “İran heç bir şəraitdə nüvə silahı ardınca olmayıb, istehsal etməyəcək və əldə etməyəcək”.

Əraqçi davam etdi: İrana qarşı düşmənçilik hərəkətlərinin - iqtisadi təzyiqlər və sanksiyalar da daxil olmaqla - effektiv şəkildə dayandırılması üçün obyektiv təminatlar verildiyi halda, İranın nüvə silahı əldə etməyəcəyinə dair praktiki təminatlar əldə etmək çətin deyil.