General Əlirza Təngsiri cümə axşamı günü bu çoxməqsədli gəminin SEPAH Hərbi Dəniz Qüvvələrinə təhvil verilimə mərasimində bu layihənin donanmanın gücləndirilməsi və İnqilabın Ali Rəhbərinin fərmanının yerinə yetirilməsi baxımından əhəmiyyətinə işarə edərək dedi: Yeni gəmi uzaqmənzilli raketlərlə təchiz olunub və müxtəlif döyüş imkanlarına, ixtisaslaşmış xəstəxanaya, uyğunlaşdırılmış idman qruplarına və xüsusi döyüş imkanlarına malikdir.
O, bildirdi: Bu gəmidə həmçinin PUA və helikopterlər üçün xüsusi anqarlar var ki, onlar sahilə qayıtmadan bir il dənizdə fəaliyyət göstərə bilirlər.
İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandiri vurğuladı: Bu gəmi həmçinin müxtəlif döyüş qrupları, elektron döyüş texnikası, dalğıc komandası, raket-dron komandaları və 6 çarpayılı ixtisaslaşdırılmış xəstəxana, əməliyyat otağı, laboratoriya, aptek və hətta müxtəlif fəaliyyətlər üçün süni ot örtüyü də daxil olmaqla, təkmil avadanlıq dəstlərinə malikdir.