Admiral Nəvid Əşrəf bu gün (şənbə) Kəraçi limanında “Camaran” esminesini ziyarət etdikdən və İran Hərbi Dəniz Qüvvələri (NEDAJA) komandiri kontr-admiral Şəhram İrani ilə görüşdükdən sonra İRNA-ya müsahibəsində deyib: “İran Hərbi Dəniz Qüvvələrinin gəmisinin AMAN-25 beynəlxalq təlimində ilk dəfə iştirak etməsi qonşuluq münasibətlərimizin əhəmiyyətini və iki dəniz donanması arasında sıx əməkdaşlığı nümayiş etdirir.”
Admiral Nəvid Əşrəf bildirib: “Kəraçi Beynəlxalq Dəniz Tədbirində bizimlə və digər ölkələrlə birlikdə İranın bir esmines, xüsusi əməliyyat qrupu və yüksək rütbəli hərbi heyətinin iştirakı dünyaya göstərir ki, İran Hərbi Dəniz Qüvvələri dəniz sahəsində sülh və təhlükəsizliyin bərqərar olması, eləcə də gələcək nəsillərimiz üçün dəniz təhlükəsizliyinin təmin edilməsi məqsədilə digər ölkələrlə birgə işləməyə sadiqdir.”
Pakistan Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli nümayəndə heyətinə rəhbərlik edən admiral Nəvid Əşrəfi “Cəmaran” esminesinə gəldikdən sonra NEDAJA komandiri admiral Şəhram İrani və İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin “Cəmaran” esminesinin komandiri ikinci leytenant Davud Əlizadə tərəfindən qarşılanıb.