İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi şənbə günü altıncı İran Metanol seminarında sanksiyaçıların məyus olmasını bildirərək deyib: “Sanksiyaların zərərsizləşdirilməsi missiyası ümumi vəzifədir.”
“Sanksiyaların ləğvi danışıqlar tələb edir, lakin maksimum təzyiq siyasəti altında mümkün deyil” - deyə, o, qeyd edib.
Xarici İşlər nazidir deyib: “Danışıqlar zəif mövqedən aparıla bilməz. Çünki bu, artıq danışıqlar deyil, təslim olmaq formasıdır, biz heç vaxt bu cür danışıqlar masası arxasına keçməyəcəyik.”
Danışıqların müdrik olmasının lazım olduğunu vurğulayan Əraqçi deyib: “İran İslam Respublikası heç vaxt danışıqlardan əl çəkməyib və çəkməyəcək. JCPOA təcrübəsi göstərdi ki, Amerika verdiyi vədinin üstündə dayanmır və İran bu vədin pozulmasının təkrarlanmasına imkan verməyəcək. İran eyni vaxtda yeni sanksiyalara imza atan ölkə ilə danışıqlar aparmaq istəmir.”