İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi və Misirin Xarici İşlər naziri Bədr Əbdül Ati 8 fevral şənbə günü axşam saatlarında telefon danışığında regional hadisələr, xüsusilə Fələstin və Qəzzədəki vəziyyəti və ikitərəfli əlaqələri müzakirə ediblər.
Əraqçi Misirin məzlum Fələstin xalqının qanuni hüquqlarını dəstəkləmək mövqeyinə toxunaraq deyib: “Fələstinlilərin Qəzzədən zorla köçürülməsi planını Fələstini müstəmləkə şəkilində məhv etmək planının bir hissəsi, regionun sabitliyi və təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirib.
ABŞ prezidentinin Qəzzə ilə bağlı qeyri-qanuni planı müxtəlif ölkələrin kəskin etirazı ilə qarşılanıb. İslam ölkələrinin Fələstin xalqının taleyinə qarşı bu fitnə ilə mübarizə üçün tutarlı və qətiyyətli mövqe tutmaları vacibdir.”