Tehran - İRNA - Əl-Məyadin telekanalı sionist rejimin qoşunlarının Qəzza zolağındakı Netsarim cəbhəsindən tamamilə çıxarıldığını elan edib.

Əl-Məyadin-in Qəzzadakı müxbiri təcili xəbərdə sionist qüvvələrin Netsarim cəbhəsini tərk etdiyini və fələstinli qaçqınların Qəzza zolağının cənubundan şimalına qayıtmaq üçün bu cəbhəni keçdiyini elan edib.

Bir neçə gün əvvəl İsrail rejiminin hərbçiləri Netsarimi -Qəzza şəhəri və onun şimalını mərkəzi və cənub bölgəsindən ayırmaq üçün bu rejimin ordusunun yerləşdirildiyi cəbhəni- tərk etməyə başlayıb.

Sionist rejimin hərbçiləri göz yaşı tökərək bildiriblər ki, bir ildən artıqdır Qəzzada etdiklərinin boşa çıxdığını hiss edirlər.

Sionist rejim ordusu bazar ertəsi səhər tezdən Fələstinli qaçqınların Qəzza zolağının şimalına qayıtmasına icazə verilməsi müqabilində “Erbil Yəhud” da daxil olmaqla, 6 sionist əsiri azad etmək üçün HƏMAS hərəkatı ilə bu rejimin razılaşmasından sonra Netsarim cəbhəsindən geri çəkilməyə başlayıb.