HƏMAS-ın hərbi qanadı Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Obeydə vurğulayıb: “Müqavimət rəhbərliyi son üç həftə ərzində düşmənin atəşkəs razılaşmasını pozduğunun və onun bəndlərinə əməl etmədiyinin şahidi oldu. Düşmən köçkünlərin Qəzzənin şimalına qayıtmasının qarşısını alıb və Qəzzənin müxtəlif bölgələrini bombardman edir və atışmalarla hədəfə alır.”
“Düşmən üzərində razılaşdığımız yardımın gəlməsinə mane oldu. Halbuki, müqavimət lazım olan hər şeyi həyata keçirdi. Bu səbəbdən şənbə günü baş tutması planlaşdırılan sionist əsirlərin azadlığa buraxılması növbəti xəbərdarlığa qədər təxirə salındı” - deyə, Əbu Ubeydə bəyan edib.
Əl-Qəssam sözçüsü bildirib: “İşğalçı rejim razılaşmanın şərtlərinə və əvvəlki həftələrin təzminatlarına əməl edənə qədər sionist əsirlərin azadlığa buraxılması təxirə salınacaq. Vurğulayırıq ki, işğalçılar müqaviləyə əməl etdikcə, biz də onun bəndlərinə əməl edəcəyik.”