Tramp Ağ Evdə jurnalistlərlə söhbətində HƏMAS-ın sionist rejim əsirlərini azad edilməsi prosesini dayandırmaq təhdidini dəhşətli adlandırıb və deyib: HƏMAS-ın onları tək-tək buraxmasındansa, bütün israilli girovlar (əsirlər) dərhal azad edilməlidir.
O, təhdidlərinin davamında bu dəfə HƏMAS-ı hədələyərək dedi: Əgər şənbə günü saat 12-yə qədər bütün israilli girovlar (əsirlər) azad edilməsə, cəhənnəmin qapıları açılacaq, çünki İsrailin (rejimin) bu məsələnin öhdəsindən gələ biləcəyinə əminəm.
Amerika prezidenti atəşkəs razılaşmasının ləğv edilməsinə ehtiyac olub-olmaması sualına cavab olaraq qeyd etdi: Bu məsələdə Təl-Əviv qərar verməlidir.