Tehran - İRNA - İran Silahlı Qüvvələri və Oman Sultanlığının Baş Qərargah rəisləri iki ölkə arasında regional səviyyədə müdafiə və hərbi əlaqələrin inkişaf etdirilməsi məqsədilə bir araya gəliblər.

Oman Sultanlığının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, admiral Abdullah bin Xamis Ər-Rəisi Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşüb.

Bu görüş iki ölkə arasında müdafiə və hərbi əlaqələrin regional səviyyədə inkişafına uyğun olaraq keçirilib.

Bazar ertəsi axşam saatlarında Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Baqirinin rəsmi dəvəti ilə Tehrana gələn Oman Sultanlığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İran Silahlı Qüvvələrinin imkanları sərgisini ziyarət edərkən yaxın günlərdə ölkənin silahlı qüvvələrinin komandanları ilə də görüşəcək.