İran İslam İnqilabının qələbəsinin 46-cı ildönümü münasibətilə keçirilən mərasimdə ötən il ilə müqayisədə daha çox ölkədən daha çox səfir və diplomat İran İslam Respublikasının Milli Gününü təbrik etmək üçün BMT-dəki İran nümayəndəliyinə qatılıb.
Dünyanın müxtəlif ölkələrindən, Asiya və Yaxın Şərqdən Avropa, Afrika və Latın Amerikasına qədər müxtəlif səviyyələrdəki səfirlər və diplomatlar İran İslam Respublikasının BMT-dəki nümayəndəliyində iştirak ediblər. Bu tədbir çərçivəsində onlar ikitərəfli və çoxtərəfli məsləhətləşmələr də aparıblar.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən səfir və diplomatlarla yanaşı, BMT rəsmiləri, elm və mədəniyyət xadimləri, ekspertlər də iştirak ediblər.
İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani, müavini Zəhra Ərşədi ilə birlikdə müxtəlif ölkələrdən olan səfir və diplomatları böyük İran hökuməti və xalqı adından salamlayıb.