Sionist rejim radiosu bununla bağlı deyib: “İsrail tam məxfilik şəraitində Suriya ərazisi daxilində təhlükəsizlik zonası yaradıb.”
Bu hesabata görə, sionist rejimin Suriyadakı mövcudluğu artıq müvəqqəti xarakter daşımır və hazırda təhlükəsizlik zonasında doqquz hərbi baza tikilir.
Sionist rejim radiosu xəbərin davamında bildirib: İsrail 2025-ci il boyu Suriyada qalmağı planlaşdırır. Bu ərazidə üç hərbi briqada fəaliyyət göstərir. Halbuki, oktyabrın 7-nə qədər orada cəmi bir yarım briqada yerləşdirilmişdi.”