ABŞ-da Jurnalistləri Müdafiə Komitəsi hesabat yayıb ki, son bir ildə dünyada misli görünməmiş sayda jurnalist öldürülüb və onların təxminən 70 faizinin öldürülməsində sionist rejim məsuliyyət daşıyır.
Bu komitənin hesabatına görə, 2024-cü ildə 18 ölkədə ən azı 124 jurnalist həyatını itirib və komitənin otuz ildən çox əvvəl statistik məlumatları qeyd etməyə başlamasından bəri (2024-cü il) jurnalistlər və media işçiləri üçün ən ölümcül ildir.
Jurnalistləri Müdafiə Komitəsi sionistlərin Qəzzədə fələstinlilərə qarşı hərbi əməliyyatının İsrail hərbi qüvvələri tərəfindən 85 jurnalistin şəhid olması ilə nəticələndiyini açıqlayıb. Təşkilat sionist rejimi jurnalistlərin qətli ilə bağlı araşdırmaların qarşısını almağa çalışmaqda və bu qətllərə görə öz məsuliyyətinə məhəl qoymamaqda ittiham edib.