Netanyahunun kabinetinin üzvü olan və HƏMAS ilə atəşkəs razılaşmasına görə kabinetindən istefa verən Ben Qver əlavə edib: “Tramp HƏMAS əsirləri azad etməsə, Qəzzəyə cəhənnəmin qapılarını açmağımızı dəstəklədikdən sonra administrasiya tarixi fürsəti əldən verir.”
“Hökumət yüzlərlə fələstinli əsirin azad edilməsi və Qəzzəyə yardımın artırılması müqabilində cəmi üç əsirlə kifayətlənməyi planlaşdırır. Biz tələsik və düşünülməmiş razılaşma və qorxaq hökumətlə üz-üzəyik” - deyə, o, qeyd edib.
Ben Qver deyib: “Qəzzə əhalisinin təcili təxliyəsinə başlanılmasının tərəfdarıyam. Tramp deyir ki, vaxt var, lakin İsrailin maraqları gecikməyə imkan verə bilməz.”