İRNA-nın Xarici Siyasət Qrupunun Ermənistanın Tehrandakı səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Məcid Təxt-Rəvançi bu gün, cümə axşamı, fevralın 13-də Ermənistanın İrandakı səfiri Qriqor Akopyanla görüşündə deyib: “İran İslam Respublikasının xarici siyasətində Ermənistanla əlaqələrin inkişafı xüsusi əhəmiyyət kəsb edir və bunun üçün bütün ilkin şərtlər mövcuddur.”
Akopyan İslam İnqilabının qələbəsinin 46-cı ildönümünü təbrik edərək deyib: “İranla qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin dərinləşdirilməsi Ermənistan hökuməti və xalqı üçün xüsusi əhəmiyyət kəsb edir.”
Görüş zamanı Ermənistan və İran arasında siyasi, iqtisadi, infrastruktur, enerji və regional inkişaf sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.