Times Israel: Netanyahu və ifrat sağçılar Trampın siyasi yanaşmasını heyrətlə qarşılasalar da, bəziləri Qəzzəni yeni yaşayış məntəqələri üçün yetişmiş görsələr də, Trampa etibar etmək olmaz və Trampın siyasətlərinə güvənmək İsraili dağılmaq həddinə çatdıracaq.

Qəzzə və onun əhalisi haqqında məlumatı yalnız televiziyadan izləməklə məhdudlaşan ABŞ Prezidenti Donald Tramp heç bir qabaqcadan hazırlıq görmədən, ABŞ Dövlət və Müdafiə Nazirliyinin ekspertlər qrupunun nəzərini bilmədən və onlarla koordinasiya etmədən Qəzzə zolağının sakinlərinin başqa ölkələrə köçürülməsi ideyasını irəli sürdü və bu xəbər dərhal bütün dünyada manşetlərə çevrildi.

Lakin Qəzzənin qonşuluğunda yaşayan və tarixə bələd olan Netanyahu anlamalıdır ki, Qəzzə əhalisini zorla köçürmək ideyası uğursuzluğa məhkumdur.

Necə ki, keçmişdə Amerika prezidentləri Qərb dəyərlərinin İraq və Əfqanıstanın yerli əhalisinə zorla tətbiq oluna biləcəyini düşünürdülər, bu, uğursuz oldu.