Parlamentin sədri Məhəmməd Baqir Qalibaf çərşənbə axşamı, axşam saatlarında Azərbaycana yola düşməzdən əvvəl deyib: “Sabah Bakıda Asiya Parlamentləri Assambleyasının 15-ci iclası işə başlayır. İran İslam Respublikası və İslami Şura Məclisi bu assambleyanın nüfuzlu qurucu üzvlərindən biridir.”
“Bu iclasda Asiya ölkələrindən 30-dan çox nümayəndə heyəti iştirak edir ki, bu da ikitərəfli münasibətlərin inkişafı üçün çox yaxşı imkan yaradır” - deyə, o, qeyd edib.
İslami Şura Məclisinin sədri sonra deyib: “Bakı Azərbaycanın paytaxtı kimi İranla çoxlu tarixi və çoxşaxəli əlaqələrə malikdir. Səfər çərçivəsində bizim bu ölkənin yüksək vəzifəli şəxsləri, o cümlədən Prezident və Parlamentin sədri ilə ikitərəfli görüşlərimiz olacaq, bu da siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əlaqələrin inkişafı üçün əlverişlidir.”
Qalibaf deyib: “Ümidvaram ki, biz bu fürsətdən istifadə edərək Ali Məqamlı Rəhbərin parlamentin beynəlxalq və regional əlaqələrin inkişafında fəal olması ilə bağlı tövsiyəsini yerinə yetirə bilək.”