General-mayor Əmirəli Hacızadə bazar ertəsi axşam saatlarında “Səfi-əvvəl” (Birinci sıra) verilişində regionda baş verən hadisələr və “Doğru Vəd” əməliyyatının hələ də açıqlanmayan detalları barədə deyib: “Bu hadisələr dövrü fələstinli mücahidlərin Əl-Əqsa Tufanı əməliyyatı ilə başladı. Region və Qərbi Asiya çoxlu dəyişikliklərə məruz qalır və müxtəlif dövrlərdə bir çox hadisələr baş verib və dünyada bir çox hadisələrin mənbəyi olub.”
“Lakin son hadisələr HƏMAS-ın planlaşdırdığı və icra etdiyi Əl-Əqsa Tufanı əməliyyatı ilə başladı. HƏMAS bu əməliyyatla sionist rejimini strateji məğlubiyyətə uğratdı. Sionist rejim kəşfiyyat, təhlükəsizlik və hərbi imkanlar baxımından uğursuzluğa düçar oldu və etibarını itirdi. Son bir neçə onillikdə qazandığı etibarı itirdi” - deyə, SEPAH Aerokosmik Qüvvələrinin komandanı əlavə edib.