Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə baş direktoru Kazim Qəribabadi Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin sözlərinə cavab olaraq X səhifəsində yazıb: MAQATE-nin baş direktoru Tokioda keçirdiyi mətbuat konfransında İranla bağlı qeyri-peşəkar və tamamilə siyasi yanaşma ilə danışıb. O, deyib ki, İran hazırda uranı 60 faizədək – demək olar ki, silah səviyyəsindədir – zənginləşdirir. İran agentliklə bizim istədiyimiz kimi əməkdaşlıq etmir. Təbii ki, noyabrda İrana səfərim konstruktiv oldu. Agentlik (razılaşma üçün) özünü əlçatan etməyə hazırdır. İranın nüvə silahı yaratmaq ehtimalını aradan qaldırmaq və qarşısını almaq üçün bəzi texniki alternativləri təqdim edirik. İran həmçinin nüvə silahı yaratmaq niyyətində olmadığın sübut etməlidir. İran hökuməti deyir ki, onun belə bir planı yoxdur. Əlbəttə, biz hamıya güvənirik, amma bunu yoxlamaq lazımdır.
Publish Date: 20 fevral 2025 - 19:00
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə baş direktoru Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossinin son açıqlamalarına münasibət bildirərək yazıb: “İranın nüvə proqramı agentliyin nəzarəti altında və qanuni öhdəliklərinə uyğun olaraq həyata keçirilir və heç bir sapma yoxdur.”