Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun bu həftə Tehrana səfərini xəbər verərək deyib: “Rusiya Xarici İşlər nazirinin Tehrana səfəri İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələr, regional və beynəlxalq hadisələrlə bağlı davam edən məsləhətləşmələr çərçivəsində həyata keçiriləcək.
Bu səfər zamanı Rusiya Xarici İşlər naziri iranlı həmkarı ilə görüş və müzakirələrdən əlavə, ölkəmizin bəzi digər rəsmiləri ilə də görüşəcək və ikitərəfli münasibətlərin son vəziyyəti, regional və beynəlxalq hadisələri müzakirə edəcək.