Tehran - İRNA - MiQ-29 qırıcı təyyarəsinin Kərrar pilotsuz təyyarəsini təqib etməsi əməliyyatı “Zülfiqar 1403” Ordu Təliminin digər mərhələsi idi və əməliyyat döyüş təyyarəsinin pilotunun məharəti ilə həyata keçirildi.

“Zülfiqar 1403 Ordu Təlimi”nin əsas mərhələlərinin davamında MiQ-29 qırıcı təyyarəsi hava təqibi əməliyyatı zamanı Kərrar dronunu aşkarladı.Həmçinin, Hərbi Hava Qüvvələrinin müxtəlif təyinatlı bazalarından havaya qalxan F4 strateji qırıcı-bombardmançı təyyarələri tanker təyyarələrindən havada yanacaq doldurma əməliyyatları həyata keçirdikdən sonra əvvəlcədən müəyyən edilmiş hədəfləri uğurla məhv etdilər.

Bu qırıcılar 250 kiloluq Qaem-5 bombalarını və Maverik raketlərini ataraq hədəfləri məhv ediblər.