Tehran - İRNA - İşğal olunmuş ərazilərdə aparılan sorğuya əsasən, sionistlərin 60%-i işğalçı rejimin baş naziri Benyamin Netanyahunun əsirlərin mübadiləsi, Qəzzada atəşkəs və bu bölgədə müharibənin bərpası ilə bağlı razılaşmanın məğlubiyyətə uğraması səylərinə qarşı olduqlarını bildiriblər.

İşğalçı rejimin “I24” telekanalının keçirdiyi bu sorğuya görə, respondentlərin 60%-i müharibənin yenidən başlamasının tərəfdarı olmadığını, 25%-i isə müharibənin dərhal başlamasını dəstəklədiyini bildirib.

Bu sorğunun nəticələri şənbə günü axşam saatlarında İsrail Baş Nazirinin administrasiyasının bəyanatından sonra dərc olunub ki, İsrailli əsirlərin “təxribat mərasimləri” keçirilmədən azadlığa buraxılması üçün zəmanət verilməyənə qədər, razılaşmanın yeni mərhələsinin fələstinli əsirləri azad edilməyəcək.