Hazim Qasim bununla bağlı deyib: “Sionist rejim əsirlərin azad edilməsini təxirə salmaqla atəşkəs razılaşmasını pozmaqda davam edir.”
“Sionist rejimin atəşkəs razılaşmasını pozması ilə bağlı vasitəçi tərəflərlə danışıqları davam etdiririk” - deyə, o, bəyan edib.
HƏMAS sözçüsü bildirib: “Atəşkəsin birinci mərhələsinin uzadılması ilə bağlı danışıqlardan və ya ikinci fazası ilə bağlı razılığa gəlməzdən əvvəl sionist rejim fələstinli əsirlərin yeddinci qrupunu azad etməlidir.”
Hazim Qasim qeyd edib ki, birinci mərhələnin uzadılması danışıqlar masası arxasında qaldırılan məsələlər və işğalçı rejimi öz öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün verilən təminatlar şərtidir.
HƏMAS sözçüsü həmçinin deyib: “Vasitəçi tərəflər, hətta ABŞ ciddi təminat verməlidir.”