Moskva - İRNA - Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun çərşənbə axşamı, fevralın 25-də İranın Xarici İşlər naziri Abbas Əraqçinin dəvəti ilə Tehrana səfər etdiyini açıqlayaraq, səfərin gündəliyi barədə ətraflı məlumat verib.

Nazirliyin mətbuat konfransında bildirilib: “Hər iki ölkənin xarici işlər nazirləri Tehranda yanvarın 17-də Moskvada hökumətlərarası yeni fundamental sazişin imzalanması ilə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə rəsmən çatmış Rusiya-İran münasibətlərinin ikitərəfli gündəliyini ətraflı müzakirə edəcəklər.”

XİN-nin açıqlamasında əlavə olunur: “Tərəflər arasında danışıqlarda enerji və nəqliyyat sahələrində əsas birgə layihələrin həyata keçirilməsində qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunacaq.”

Rusiya XİN həmçinin qeyd edib: “Tərəflər bir sıra aktual beynəlxalq məsələlər, o cümlədən Suriya, Qafqaz, Əfqanıstan, Yəmən, Fars körfəzi, Yaxın Şərq nizamlanması, Xəzər dənizi məsələsi, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə bağlı vəziyyətə dair fikir mübadiləsi aparacaqlar.”