Ordu Hərbi Dəniz Qüvvələri və SEPAH Aerokosmik Qüvvələri Ordunun Zülfiqar Qərargahının komandanlığı altında birgə əməliyyatda dəniz qanadlı və ballistik raketləri ataraq, Hind okeanının şimalında simulyasiya edilmiş hədəfi tamamilə məhv edərək suda batırmağa müvəffəq olub.
İran İslam Respublikası Ordusunun “Zülfiqar 1403” müştərək təliminin sözçüsü general-mayor Əlirza Şeyx bununla bağlı deyib: “Bu gün səhər saatlarında Hərbi Dəniz Qüvvələrinə məxsus raket daşıyıcısı Hind okeanının şimalındakı sularda dəniz hədəfini məhv etmək üçün qanadlı raket atdı.”
“Eyni zamanda, Ordunun Zülfiqar Qərargahının komandanlığı altında keçirilən birgə əməliyyat zamanı SEPAH Aerokosmik Qüvvələrinin ballistik raketi də eyni hədəfi vurdu və nəzərdə tutulan hədəf suda batdı” - deyə, general-mayor Əlirza Şeyx əlavə edib.