Suriya mediası sionist rejim qırıcılarının Rif Dəməşq və Dəra əyalətlərindəki hədəfləri bombaladığını açıqlayıb.
Bu KİV-in məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri paytaxtın cənub-qərbindəki əl-Kusvəh bölgəsində Suriya ordusunun 1-ci diviziyasının qərargahını dörd dəfə bombalayıb.
Əl-Məyadin müxbirinin sözlərinə görə, sionist rejimin Suriyanın cənubuna qarşı quru təcavüzü Bəşər Əsəd rejiminin devrilməsindən indiyədək ən genişmiqyaslı təcavüz olub.