General-mayor Hüseyn Səlami cümə axşamı, Şahid Delvari okean gəmisinin və doqquz sürətli raket katerinin SEPAH Hərbi Dəniz Qüvvələrinə əlavə edilməsi mərasimində deyib: “Bu, on altıncı dəfədir ki, gəmilər İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinə əlavə edilir və davamlı dizayn və yeniliklər edən gənc alimlərin, görkəmli mühəndislərin və bacarıqlı işçilərin istedadların birləşməsi, imkanların əlaqələndirilməsi və yüksək istəkləri sayəsində İranda müdafiə gücü istehsalı səviyyəsinin yüksəldilməsinə dəlalət edir. Bu, ölkəmizin qlobal miqyasda imperialist güclər tərəfindən real sanksiyalar, təzyiqlər və siyasi hücumla üzləşdiyi bir şəraitdədir.”
General Səlami bildirib: “Biz təhdid mühitini dərk etməklə müstəqilliyi, azadlığı və ərazi bütövlüyünü, milli maraqları və ölkənin nailiyyətlərini necə qorumağı öyrənmişik.”
SEPAH-ın baş komandanı əlavə edib: “Bu yolda çətin təcrübələrlə üzləşdik, çətin keçidlərdə düşmənlərlə mübarizə apardıq, təhlükəsizlik, sabitlik, tərəqqi və sağ qalmağın yolunu öyrəndik.”
O, qeyd edib ki, düşmənlərin bir ölkəni zəif saydıqları halda aman verməyəcəkləri bugünkü təhdidlə dolu dünyada biz gücə əsaslanaraq hərəkət etməyi bacarmalıyıq ki, dünya məntiqimizi qəbul etsin və başqa yol yoxdur.
“Biz dənizlərə birləşmiş ölkəyik. Açıq okeanların səthində strateji genişlənmədən faydalanırıq. Açıq dənizlərdə naviqasiya bizim təbii və ayrılmaz hüququmuzdur. Dənizin istənilən nöqtəsində, açıq sularda heç bir məhdudiyyət olmadan özünü müdafiə etmək bizim haqqımızdır” - deyə, SEPAH komandiri vurğulayıb.
Dənizdə maraqlarımızın hərəkətinə toxunan general Səlami bildirib ki, hər gün gəmilərimiz dünyanın bütün guşələrinə səfər edir. Bu gəmilər bizim vətənimiz kimidir və biz öz maraqlarımızı hər yerdə müdafiə etməyi bacarmalıyıq.
O, dəniz döyüşünün spesifik xüsusiyyətlərinə toxunaraq deyib: “Dəqiqlik, sürət, naviqasiya dərinliyi və silah məsafəsi döyüşün nəticəsinə həlledici təsir göstərir. Dənizdə döyüş səhnəsinin seçilməsi istənilən dərinliyə yüksək sürətlə genişlənə bilən tərəf ilədir.”
Silah və texnikamızın inkişafının bizim prinsiplərimizə əsaslandığını qeyd edən general Səlami sözünə davam edib: “Gəminin dənizdə su ilə gəminin səthi arasındakı sürtünməni dəf edə bilməsi, eyni vaxtda və 110 düyünə ekvivalent sürətlə hərəkət edərkən raketləri işə sala bilməsi çox əhəmiyyətlidir.”
SEPAH baş komananı deyib: “Qardaşlarımız dənizdə genişmiqyaslı hava hücumundan müdafiə imkanlarına nail ola bildilər və səthdə hərəkətin havanın ona vurduğu zərərdən asılı olmayaraq həyata keçirilməsi bu gün reallığa çevrilib.”