Tehran - İRNA - Sionist rejim xəbər mənbələri işğal altındakı Fələstinin şimalında yerləşən Hayfa bölgəsində iki anti-sionist əməliyyatın baş verməsi, ümumilikdə 12 nəfərin yaralanması barədə məlumat yayıb.

Hayfa bölgəsində avtomobil hücumu ilə həyata keçən anti-sionist əməliyyatda 10 sionist mühacir yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Sionist rejimin təcili yardım təşkilatı da soyuq silahla anti-sionist əməliyyatları nəticəsində eyni bölgədə bu rejimin iki polisinin yaralandığını bildirib.