Şəfqət Əli Xan bu gün İRNA-nın baş direktoru Hüseyn Cabiri Ənsariyə ünvanladığı məktubda bildirib: “İslam Respublikası Xəbər Agentliyinin (İRNA) yaranmasının 90-cı ildönümü münasibətilə sizə ən səmimi təbriklərimi çatdırmaqdan çox məmnunam.”
Mətbuat katibi əlavə edib: “90 il əvvəl yarandığı gündən İRNA İran xalqı üçün etibarlı səs və beynəlxalq ictimaiyyət üçün etibarlı xəbər mənbəyi olaraq fəaliyyət göstərmişdir. İRNA-nın peşəkarlığa sadiqliyi, dəqiq və balanslı xəbərlər dərc etməsi ona böyük hörmət və heyranlıq qazandırıb.”
Pakistanın rəsmi xəbər agentliyi “APP” ilə İRNA arasında davamlı əməkdaşlıqdan məmnunluğunu ifadə edən Şəfqət Əli Xan qeyd edib: “İran İslam Respublikasının yaxın dostu və qonşusu kimi Pakistan İRNA-nın xalqlarımız arasında qarşılıqlı anlaşma və dostluq bağlarının möhkəmləndirilməsindəki rolunu dərindən qiymətləndirir.”
“İran İslam Respublikası rəsmi xəbər agentliyinin İran və Pakistan arasında ortaq mədəni, tarixi və dini əlaqələrin işıqlandırılmasında iştirakı da insanların bir-birinə yaxınlaşmasında təsirli olub” - deyə, o, əlavə edib.
Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri məktubunu belə yekunlaşdırıb: “Biz İRNA-nı nəzərə çarpan fəaliyyətini və ən yüksək jurnalist standartlarını qoruyaraq inkişaf edən media mənzərəsinə uyğunlaşmaq üçün davamlı səylərinə görə alqışlayırıq və əminik ki, İRNA gələcək illərdə də mükəmməllik gedişini davam etdirəcək.”