Hüseyn Abbasnejad çərşənbə günü bununla bağlı deyib: “Ümumilikdə bu ilin əvvəlindən Hörmüzqan vilayətinin limanları vasitəsilə 103 milyon tondan çox neft və qeyri-neft yükləri daşınıb. Bunun 77 milyon 508 min 908 tonu Şəhid Rəcai Limanı Xüsusi İqtisadi Zonasından boşaldılıb və yüklənib.”
Bu il qeydə alınan kabotajın 16 milyon 164 min 893 ton olduğunu açıqlayan Abbasnejad bildirib ki, bu dövrdə 7 milyon 521 min 276 ton qeyri-neft yükü tranzit keçib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,2% artım deməkdir.
O, konteynerlərin yükləmə-boşaltma əməliyyatları ilə bağlı deyib: “Hörmüzqan vilayətinin limanlarında aparılan 2 milyon 499 min 335 TEU konteyner yükləmə-boşaltma əməliyyatının 2 milyon 223 min 622 TEU-su Şəhid Rəcai Limanı ilə bağlı olub.”