Tehran, Gülüstan, Qum, Buşəhr, Hörmüzqan, Kirmanşah, Fars və Əlborz əyalətlərindən 28 iştirakçıdan ibarət seçilmiş İran komandası Azərbaycan Respublikasının dəvəti ilə bu yarışda iştirak edib.
İran Əqli Hesablamalar Assosiasiyasının rəhbəri Ruhullah Müxbiryan bununla bağlı deyib: “Bakıda keçirilən bu müsabiqədə İran, Azərbaycan, Rusiya, BƏƏ, Türkiyə, Qazaxıstan, Fransa, Belçika, Tacikistandan olan öyrənənlər mübarizə aparıb və bu yarışlarda ölkəmizin nümayəndələri çox yüksək nəticələr əldə ediblər.”