Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Baqai şair Pərvin Etisaminin anım günü ilə bağlı X şəbəkəsində iranlı şairənin bir şeirini paylaşıb və onun fars ədəbiyyatındakı poeziyasının xüsusiyyətlərindən söz açaraq yazıb:
Dani ki ra səzəd sefət paki
An ku vocud pak nəyalayəd
Ta xəlq əzu rəsənd be asayeş
Hərgez be omri-xeş nəyasayəd
Bu gün İran şeir və ədəbiyyatının xanımı Pərvin Etisaminin doğum günüdür. Pərvin Etisami fars ədəbiyyatı tarixində parlaq şəxsiyyətdir və hikmətli şeirləri ilə, təmsil və münazirə dili ilə dərin insani hissləri, arzu və qayğıları bəlağətli və bədii şəkildə ifadə etmişdir. Onun poeziyası təkcə bizim ədəbi sərmayəmiz deyil, həm də İran qadınlarının təfəkkür və sadiqliyinin təcəllisi, fars ədəbiyyatında hikmət və əxlaqın təzahürüdür.