Tehran - İRNA - İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı deyib: “Biz müharibəni başlayan tərəfi olmayacağıq, lakin istənilən müharibəyə hazırıq. Bu düşmənə qalib gəlməyin düsturlarını öyrənmişik. Düşmən qarşısında bir addım da geri çəkilməyəcəyik.”

General-mayor Hüseyn Səlami şənbə günü 5 apreldə SEPAH Baş Komandanlığı Qərargahının komandirləri və rəhbərlərinin toplantısında deyib: “Düşmən bütün gücü ilə meydana girmişdir ki, izzət, ləyaqət, kimlik, İslam və vilayəti özünə təslim və məhv etsin, lakin bacarmır.”

SEPAH baş komandanı Qəzzə hadisəsini tarixin ən heyrətamiz hekayəsi olduğunu bildirərək əlavə edib: “Tamamilə mühasirəyə alınmış, yeməksiz, susuz, amansız düşmən atəşi altında qalmış insanlar Quran oxuyur, İslama əməl edir, şəhadeyn deyir, möhkəm dayanmışdır və düşmənə qalib gəlməyə imkan vermir. Bu, dünyanın bütün müasir silah və texnikasına qarşı əsl iman döyüşüdür.”

General Səlami digər müqavimət cəbhələrinin müqavimətinə toxunaraq deyib: “Yəmənlilər, Livan Hizbullahı və İraq müqaviməti də eyni keyfiyyətlə dayanır. Bu geniş və şər cəbhənin qarşısında nə hərəkata, nə Fələstinə, nə də bizə zərər gəlməməli olduğunu təsəvvür etmək müharibə məntiqinə uyğun gəlmir.”

General Səlami sionist rejimlə son qarşıdurmaya və “Doğru Vəd” əməliyyatına toxunaraq, bu qarşıdurmanı “əsl müharibə” və iki varlıq arasında sağ qalmaq və qarşıdurma mübarizəsi kimi qiymətləndirib.

SEPAH baş Komandanı “Doğru vəd” əməliyyatının İslamın əzəmətini nümayiş etdirdiyini bildirərək əlavə edib ki, iftixar o idi ki, müsəlmanlar təslim olmadılar, heç vaxt təslim olmadılar.

SEPAH baş komandanı çıxışının başqa bir hissəsində müqavimət cəbhəsindəki vəziyyətə toxunaraq deyib: “Əgər biz və müqavimət cəbhəsi zəifləmişdisə, niyə düşmən Livanda dayandı? Nə üçün Qəzzədə atəşkəsə razı oldu? Niyə Hizbullah hələ də güclüdür və Fələstin hələ də döyüşür? Yəmən dəfələrlə bombardmanlara baxmayaraq, nərə çəkir, hətta amerikalılar da bombardmanların səmərəsiz olduğunu etiraf ediblər. Bu, düşmən üçün çıxılmaz vəziyyətdir.”

O, qeyd edib ki, düşmənin İranın çəkindirici gücünün zəifləməsi ilə bağlı yanlış fərziyyələrlə bizi iki seçim arasında qoymağa çalışır: düşmənlə qarşılaşmaq və ya onun şərtlərini qəbul etmək. Biz İslam İnqilabı Keşikçiləri Korpusuyuq. Bizim vətənimiz, doğulduğumuz yer cihaddır. Biz böyük döyüşlər və böyük düşmənləri məğlub etmək üçün qurulmuşuq. Biz Aşuradan dərs almışıq və o məktəbin şagirdləriyik, baxmayaraq ki, Aşura təkrarlanmayacaq.

SEPAH baş komandanı düşmənin genişliyinə və zəifliyinə toxunaraq deyib: “Düşmənimiz bütün yer üzünə yayılmışdır və hər yerdə ona əlimiz çatır. Sionist rejim qarşımızda geniş bir süfrə kimidir. Biz bu düşmənə qalib gəlməyin düsturlarını öyrənmişik, onları silah və texnikamızın bütün elementlərinə daxil etmişik. Amerikanın mütləq dəstəyinə baxmayaraq, rejimi məğlub etmək üçün proqram və avadanlıqlarımız var.”

General-mayor Səlami deyib: “Biz müharibədən qətiyyən narahat deyilik. Biz müharibəni başlayan tərəf olmayacağıq, amma istənilən müharibəyə hazırıq. Öz ölkəsini, kimliyini və varlığını müdafiə etmək üçün cihad susuzluğu silahlı qüvvələrdə və xalqda bir reallıqdır. Biz hər iki vəziyyətə: həm psixoloji əməliyyatlara, həm də düşmənin hərbi əməliyyatına hazırıq, amma düşməndən bir addım belə geri çəkilməyəcəyik.”

Düşmənimizə əlimizin çatdığını bəyan edən SEPAH komandanı bildirib ki, böyük güc toplanmışdır, əgər düşmən bizim gücümüzün reallığını görmək üçün bağlı əllərimizi açmaq istəyirsə, biz hazırıq.

General Səlami müqavimət cəbhəsinin vəziyyətini böyüyən və yaxşılaşan kimi qiymətləndirərək deyib: “Düşmən bunun öhdəsindən gələ bilmir. Müqavimət cəbhəsi hələ tam istedadını meydana çıxarmayıb və döyüşün miqyasına nəzarət etməyi düşünür. Amma əllər açılsa, müharibənin miqyası və şiddəti düşmənin təsəvvüründən kənarda olacaq.”