Moskva - İRNA - İran İslam Respublikası Xarici İşlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Moskvaya səfəri çərçivəsində Rusiyanın Xarici İşlər nazirinin müavini Verşinin Vasilieviç ilə danışıqlar aparıb.

BMT Nizamnaməsinin Dostlar Qrupunun iclasında iştirak etmək üçün 14 aprel bazar ertəsi günü Moskvaya səfər etmiş Kazim Qəribabadi iclasdan əvvəl ölkəmizin səfiri Kazim Cəlalinin müşayiəti ilə Rusiya Xarici İşlər nazirinin müavini ilə görüşüb.

Rusiya Xarici İşlər Nazirliyində baş tutan bu görüşdə tərəflər əlaqələrin son vəziyyəti və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanın inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Çoxtərəflilik prosesinin inkişaf etdirilməsi, birtərəfliliyə qarşı mübarizə, eləcə də BMT Nizamnaməsinin Dostları Qrupu çərçivəsində beynəlxalq ictimaiyyətdə sülh və təhlükəsizliyin təşviqi təşəbbüsləri bu görüşdə müzakirə olunan mövzular arasında olub.