OPEC-in aprel ayı hesabatına əsasən, təşkilata üzv 12 ölkənin mart ayında neft hasilatı fevral ayı ilə müqayisədə gündəlik 78 min barel azalaraq 26 milyon 776 min barel təşkil edib.
Eyni zamanda, İranın neft hasilatı sutkada 12 min barel artaraq sutkada 3 milyon 335 min barrelə çatıb və OPEK-in Səudiyyə Ərəbistanı və İraqdan sonra üçüncü ən böyük neft istehsalçısı mövqeyini qoruyub.
İranın 2024-cü ildə orta neft hasilatı sutkada 3 milyon 257 min barel, 2023-cü ildə isə 2 milyon 884 min barel olub.