İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə Türkiyənin Xarici İşlər naziri Hakan Fidan arasında baş tutan telefon danışığında ikitərəfli münasibətlərdəki son proseslər, regional məsələlər və Maskatda ölkəmizlə ABŞ arasında dolayısı danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Xarici İşlər naziri Türkiyənin yuxarıda qeyd olunan danışıqlara dair konstruktiv mövqeyini yüksək qiymətləndirib və bununla bağlı İranın prinsipial mövqelərini Türkiyənin Xarici İşlər nazirinə çatdırıb.

Hakan Fidan danışıqları alqışlayaraq, Türkiyənin bu məsələdə hər cür dəstəyi verməyə hazır olduğunu vurğulayıb.

Bu telefon danışığı zamanı bəzi konsulluq məsələləri və Türkiyədəki İran vətəndaşları ilə bağlı məsələlər də qaldırılıb. Türkiyənin xarici işlər naziri məsələləri təqib edəcəyini vurğulayıb.