Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai ABŞ-ın Yəmənə qarşı hava hücumlarını qeyri-qanuni və beynəlxalq hüququn fundamental prinsip və qaydalarının açıq şəkildə pozulması kimi qiymətləndirib, bu hücumların sionist rejimi işğal altındakı Fələstində soyqırımını davam etdirmək üçün daha da cəsarətləndirəcəyini və regionda təhdidi gücləndirəcəyini vurğulayıb.
Xarici İşlər Nazirliyinin mətbuat katibi İran İslam Respublikasının sionist rejimin işğalçılığı və soyqırım hərəkətinə qarşı öz insani borcuna əsaslanaraq, məzlum Fələstin xalqını ürəkdən dəstəkləyən dözümlü Yəmən xalqı ilə həmrəyliyini ifadə edərək, ABŞ-ın Yəmənə hərbi hücumlarını və bu ölkənin ərazi bütövlüyünün pozulmasını beynəlxalq sülh və təhlükəsizliyə açıq təhdid kimi qiymətləndirib, BMT Təhlükəsizlik Şurasını susqunluğa və hərəkətsizliyə son qoymağa, İslam hökumətləri və İslam Əməkdaşlıq Təşkilatını qanunun və beynəlxalq sülh və təhlükəsizliyin pozulmasının dayandırılması və Yəmənə qarşı təcavüzün pislənməsi üçün hərtərəfli və effektiv hərəkətə keçməyə çağırıb.