Səudiyyə Ərəbistanının Müdafiə naziri Xalid bin Salman bu gün İslam İnqilabının Ali Rəhbəri ilə görüşdə bu ölkə Kralının məktubunu həzrət Ayətullah Xameneiyə təqdim edib.

İslam İnqilabının Ali Rəhbəri görüşdə vurğulayıb: “İnanırıq ki, İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr hər iki ölkə üçün faydalı olacaq və iki ölkə bir-birini tamamlaya bilər.”

Həzrət Ayətullah Xamenei iki ölkə arasında əlaqələrin genişlənməsinin istəməyən düşmənlərin olduğunu bildirərək deyib: “Bu düşmənçilik motivlərinə qalib gəlmək lazımdır və biz buna hazırıq.”

Ali Məqamlı Rəhbər İranın bir sıra irəliləyişlərinə toxunaraq deyib: “İslam Respublikası bu sahələrdə Səudiyyə Ərəbistanına kömək etməyə hazırdır.”

“Bölgədəki qardaşların bir-birilə əməkdaşlıq etmələri və bir-birinə kömək etmələri başqalarına güvənməkdən daha yaxşıdır”- deyə, İslam İnqilabının Ali Rəhbəri vurğulayıb.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Baqirinin də iştirak etdiyi bu görüşdə Səudiyyə Ərəbistanının Müdafiə naziri Xalid bin Salman bu görüşdən böyük məmnunluğunu ifadə edərək deyib: “Mən Tehrana İranla əlaqələrin genişləndirilməsi və bütün sahələrdə əməkdaşlıq gündəmi ilə gəlmişəm və ümid edirik ki, baş tutan konstruktiv müzakirələr Səudiyyə Ərəbistanı ilə İran İslam Respublikası arasında keçmişdə olduğundan daha möhkəm əlaqələri təmin edəcək.”