Tehran - İRNA - Prezident dünya katoliklərinin lideri Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı verib.

Məsud Pezeşkiyan 21 aprel bazar ertəsi ünvanladığı məktubda dünya katoliklərinin ruhani lideri Papa Fransiskin vəfatı ilə əlaqədar dünyadakı bütün katolik xristianlara, onların ardıcıllarına və sevənlərinə başsağlığı verib.

Prezident bu müraciətində bildirib: “Onun həyatının və rəhbərliyinin diqqət çəkən məqamları arasında dünyada qeyri-insani davranışlara qarşı humanitar mövqeləri, xüsusilə İsrail rejiminin Qəzzədə törətdiyi soyqırımı pisləməsi və buna qarşı açıq mövqeyi, günahsız Fələstinli qadın və uşaqların öldürülməsinə son qoyulmasını tələb etməsidir ki, bunlar onun adı və xatirəsini dünyanın bütün oyanmış vicdanlarının və azadlıqsevərlərinin yaddaşında əbədi olaraq yaşadacaqdır.”

Prezidentin müraciətinin mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

Dərin kədər hissi ilə dünya katoliklərinin rəhbəri və ruhani lideri Roma Papası Fransisin vəfatı ilə əlaqədar dünyadakı bütün katolik xristianlara, onların davamçılarına və sevənlərinə başsağlığı verirəm.Roma Papası Fransisk katoliklərin lideri kimi öz qiymətli həyatını İsa Məsihin təlimlərinin yayılmasına, xüsusilə sülh, ədalət və azadlıq, dinlərarası qarşılıqlı əlaqə və sülhə, dostluğa və qlobal təhlükəsizliyə nail olmaq üçün dialoqa həsr etmiş və bu istiqamətdə səmərəli və davamlı səylər göstərmişdir.

Onun həyatının və rəhbərliyinin diqqət çəkən məqamları arasında dünyada qeyri-insani davranışlara qarşı humanitar mövqeləri, xüsusilə İsrail rejiminin Qəzzədə törətdiyi soyqırımını pisləməsi və buna qarşı açıq mövqeləri, günahsız fələstinli qadın və uşaqların öldürülməsinə son qoyulmasını tələb etməsi olub ki, bunlar onun adı və xatirəsini dünyanın bütün oyanmış vicdanlarının və azadlıqsevərlərinin yaddaşında əbədi olaraq yaşadacaqdır.

Mən İran xalqı adından qlobal sülh və təhlükəsizliyin, dinlərarası dialoq və həmrəyliyin yaradılmasında həmişə öncül olan onun xatirəsini ehtiramla yad edirəm, İslam ənənəsinə uyğun olaraq, Uca Allahdan bu dini liderin ruhuna sonsuz rəhmət və əbədi rahatlıq diləyirəm.

Məsud Pezeşkiyanİran

İslam Respublikasının Prezidenti