Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi Prezident Pezeşkiyanın ordibehiştin ilk həftəsində Bakıya səfər edəcəyini açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bazar ertəsi səhər saatlarında keçirdiyi həftəlik mətbuat konfransında “Prezidentin Azərbaycana səfərinin ordibehiştin ilk həftəsində baş tutacağını” bildirərək deyib: “Bu səfər iki ölkə arasında münasibətlərin yüksəldilməsinə yönəlmiş mühüm səfərdir və iki ölkə arasında əlaqələrin genişlənməsinə uyğun olan məsələlərin gündəmə gətirilməsi və müzakirələrin aparılması üçün bir fürsətdir.”

Bundan əvvəl Hikmət Hacıyev Tehrana səfəri zamanı Azərbaycan Prezidentinin Pezeşkiyanı bu ölkəyə səfərə dəvətini İran Prezidentinə çatdırmışdı.