Tehran - İRNA - Qətərin Xarici İşlər naziri İran İslam Respublikasının Xarici İşlər naziri ilə telefon danışığında Tehran və Vaşinqton arasında dolayısı danışıqların davam etdirilməsindən məmnunluğunu bildirib.

İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi aprelin 21-də şənbə günü axşam saatlarında Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Ali-Sani ilə telefon danışığı aparıb, ikitərəfli əlaqələr və regional hadisələrlə bağlı bəzi məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Qətərin Baş naziri və Xarici İşlər naziri dolayısı ilə İran-ABŞ danışıqlarının davam etdirilməsindən məmnunluq ifadə edib və Dohanın bu prosesdə hər cür yardım etməyə hazır olduğunu bildirib.