Seyid Abbas Salehinin mesajının mətnində deyilir: “Dövrümüzün keşməkeşli dövrlərində dinlər arasında sülh, tolerantlıq və birgəyaşayış elçisi olmağa çalışan şəxsiyyət Papa Fransiskin vəfatı onun əqli və mənəvi irsi üzərində düşünmək üçün bir fürsətdir”.
O, bu mesajında əlavə edib: “Mərhum Papa insan ləyaqətini vurğulayaraq, zorakılığı rədd edərək, müharibə və təcavüzü pisləməklə dinin mövqeyini xalqlar arasında sülh və anlaşmaya xidmət etməyə çalışıb”.
Mədəniyyət naziri vurğuladı: Onun dinlərarası dialoq forumlarında iştirakı və İslam alimləri ilə görüşləri müxtəlif dinlərin ardıcılları arasında insani-mənəvi əlaqələrin gücləndirilməsinə qayğısını göstərən əlamətlərdəndir.
Salehi yazıb: “İlahi dinlərin ardıcıllarının sülh və əmin-amanlıq içində yan-yana yaşadığı bir ölkə olan İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri kimi onun vəfatı ilə əlaqədar dünya xristian icmasına, xristian soydaşlarımıza, sülh və ədalətlə bağlı olan hər kəsə başsağlığı verirəm. Ümid edirəm ki, Katolik Kilsəsinin gələcək lideri sülh, dözümlülük, təcavüz və zülmə qarşı mübarizə yolunu müdrikliklə və dönməz qətiyyətlə davam etdirəcək".