Moskva - İRNA - Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi deyib: “Rusiya və Oman liderləri çərşənbə axşamı Moskvada apardıqları danışıqlarda İranın nüvə proqramı məsələsini də müzakirə ediblər.”

Yuri Uşakov çərşənbə axşamı jurnalistlərə Putinlə Sultan Heysəm bin Tariq arasında Kremldə keçirilən danışıqlarda İranın nüvə proqramının da müzakirə edilib-edilməməsi ilə bağlı suala cavab olaraq deyib: “Bəli”.

“Rusiya bu məsələdə iranlı həmkarları ilə sıx təmasdadır” - deyə, o, əlavə edib.

Ölkəsi İran və ABŞ arasında dolayı danışıqlara evsahibliyi edən Oman Sultanı çərşənbə axşamı günü Maskat-Moskva münasibətləri tarixində ilk dəfə Rusiya Prezidenti ilə görüşüb və danışıqlar aparıb.