Tehran - İRNA - Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Məhkəmə Sistemləri rəhbərlərinin 20-ci Sammitində iştirak etmək üçün Çinin Hançjou şəhərinə səfər etmiş Məhkəmə Sisteminin sədri deyib: “Region ölkələrinin (Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri) məhkəmə rəsmiləri ilə görüşdə onlardan şəxslərin hüquqi problemlərini asanlaşdırmağı və sürətləndirməyi, bu sahədə, xüsusilə hüquqi problemlərlə üzləşmiş insanların ailələri üçün diqqəti artırmağı istədik.”

Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin məhkəmə sistemləri rəhbərlərinin 20-ci sammitində iştirak etmək üçün Çinin Hançjou şəhərinə səfər edən höccətül-islam vəl-müslimin Qulamhüseyn Möhseni Ejeyi bu gün - çərşənbə axşamı əlavə edib: “Biz yeddi ölkənin ən yüksək ədliyyə rəsmiləri ilə görüşdük, normal şəraitdə və Şanxay Sammitində iştirak etmədən bunu etmək mümkün deyildi.”

“Müqavilələrə, regional vəziyyətə, əvvəlki əlaqələrə, mədəni, siyasi, təhlükəsizlik məsələlərinə və əvvəldən mövcud olan ikitərəfli məsələlərə uyğun olaraq, Çin, Hindistan, Pakistan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Tacikistanın yüksək ədliyyə rəsmiləri ilə müzakirələr aparıldı” - deyə, o, əlavə edib.

Məhkəmə Sisteminin sədri deyib: “Görüşdüyümüz məsul şəxslərdən fiziki şəxslərin hüquqi problemlərinin asanlaşdırılmasını, sürətləndirilməsini və bununla bağlı dəqiqliyin artırılmasını xahiş etdik. Xüsusilə hüquqi problemlərlə üzləşmiş insanların ailələrindən danışdıq.”

Ejeyi ədaləti təmin etmək, təhlükəsizliyə və əmin-amanlığa töhfə vermək, insanların işlərini asanlaşdırmağı Məhkəmə Sisteminin ən mühüm vəzifələrindən olduğunu bildirərək deyib: “Bəzi ölkələrlə müqavilələrimiz var, onlardan bəziləri yaxşı icra olunub, bəziləri isə yerinə yetirilməyib. Biz bunun izlənilməsini istədik.”

Ejeyi qeyd edib ki, bəzi ölkələrlə müqavilələrimiz olub, lakin bu sazişlərin bəziləri yekunlaşdırılmayıb və hələ tərəflər onu təsdiqləməyib. Apardığımız danışıqlar vasitəsilə onların yekun prosesdən keçməsi planlaşdırılırdı.