Nazir əlavə edib: “İranın nüvə məsələsi və danışıqlar prosesi ilə bağlı mühüm razılıq əldə olundu və biz Amerikanın qlobal arenada hegemonluq və zorakılıq siyasətləri haqqında dərin fikir mübadiləsi apardıq.”
İranın Xarici İşlər naziri bildirib: “Cənab Pezeşkiyanın Çinə səfəri də müzakirə olundu. İnşallah, yaxın zamanlarda bu ikitərəfli səfər reallaşacaq. Onlar daha sonra sentyabrda Şanxay Sammitində iştirak edəcəklər.”