İran İslam Respublikasının Rusiyadakı səfiri Seyid Kazim Cəlali İran-Rusiya İqtisadi Əməkdaşlıq Daimi Komissiyasının 18-ci iclasında iştirak edən iranlı üzvlərlə görüşündə deyib: “İranla Rusiya arasında münasibətlər yüksələn xətlə inkişaf edir, əməkdaşlıq yolları açıqdır və onlar indi öz qızıl dövrünə qədəm qoyurlar.”
Səfir münasibətləri gücləndirən amillərdən biri kimi qonşuluq ünsürünə toxunaraq deyib: “İran və Rusiyanın yaxınlığını nəzərə alsaq, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi zərurətdir. Bu məsələni Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı son məktubunda da vurğulayan Ali Məqamlı Rəhbərin sözü ilə desək, biz qlobal arenada rolu olan güclü Rusiya və eyni zamanda müstəqil və böyük İran ardıncayıq.”
İranın Rusiyadakı səfiri İran və Rusiyanın regional məsələlərə və beynəlxalq aləmdə güc strukturuna ortaq yanaşmalarının yaxınlığını iki ölkə münasibətlərinin yaxınlığının ikinci elementi və ikitərəfli münasibətləri inkişaf etdirmək qərarları kimi qiymətləndirərək deyib: “İran İslam Respublikasının beynəlxalq aləmdə yaratdığı diskursa Rusiya da qoşulub. Buna misal olaraq BRİKS diskursunu göstərmək olar.”
İran və Rusiyanın bir-birinə qarşılıqlı ehtiyacı
Cəlali İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq müqaviləsinin bu ölkənin Federasiya Şurası və Dövlət Dumasında ratifikasiyasına toxunaraq deyib: “Rusların bu gün İrana ehtiyacı var və bizim də bəzi sahələrdə Rusiyaya ehtiyacımız vardır. Qarşılıqlı ehtiyacları düzgün dərk edərək ikitərəfli münasibətlərin inkişafı istiqamətində addımlar atmalıyıq.”