London - İRNA - Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri bildirib ki, bu gün (24 aprel, cümə axşamı) İran, Çin və Rusiya nümayəndələri Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru ilə dördtərəfli görüşdə İranın nüvə proqramının vəziyyətini müzakirə ediblər.

Mixail Ulyanov Telegram kanalında yazıb: “Bu görüşdə üç ölkə Beynəlxalq Enerji Agentliyinin baş direktoru Rafael Qrossiyə İranın nüvə faylının müxtəlif aspektləri ilə bağlı birgə məktub təqdim ediblər.”

Qrossi ötən həftə Tehrana səfər edib və ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ilə görüşüb. Bu görüşlərdə İran və Beynəlxalq Enerji Agentliyi arasında texniki əməkdaşlıq prosesini müzakirə ediblər.